Saytımızı qiymətləndirin


 
 

İrandakı etirazlarda daha 16 nəfər ÖLÜB
Tarix: 05-11-2022 | Saat: 10:41
Bölmə:Karusel | çapa göndər

İrandakı etirazlarda daha 16 nəfər ÖLÜB

İranda işgəncələrə məruz qalan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra alovlanan etirazlarda daha 16 nəfər həyatını itirib.

 

Qarabaginfo.az xəbər verir ki, hadisə sünni əhalinin kompakt yaşadığı Sistan-Bəlucistan ostanının Haş şəhərində baş verib.

 

Belə ki, cümə namazından sonra təşkil olunmuş növbəti etiraz aksiyasına təhlükəsizlik qüvvələri sərt müdaxilə edib. Nəticədə 16 etirazçı həyatını itirib.

 

2 gün əvvəl isə İranın Kərəc şəhərində aksiyalar zamanı etirazçılarla polis əməkdaşları arasında qarşıdurma yaşanıb. İğtişaşlarda 2 etirazçı və 1 polis dünyasını dəyişib.

 

Qeyd edək ki, İranda hicab qaydasının pozulması iddiası ilə saxlanılan 22 yaşlı Məhsa Əmininin 16 sentyabrda dünyasını dəyişməsindən sonra iğtişaşlar başlayıb. Ailəsi onun polis tərəfindən döyüldüyünü bildirir, rəsmi qurumlar isə bu ittihamı qəbul etmir.

 

 



Xəbəri paylaş

151 dəfə oxunub.

Digər xəbərlər