Saytımızı qiymətləndirin


 
 

Mərkəzi Bank: Dövlət ödənişlərinin Ani Ödənişlər Sistemi ilə hesablaşmaları 20 dəfədən çox artıb
Tarix: 29-06-2026 | Saat: 12:15
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Əfqan Abbasov

 

Hökumət Ödəniş Portalı vasitəsilə Ani Ödənişlər Sistemi (AÖS) üzərindən həyata keçirilən dövlət ödənişlərinin hesablaşmalarında 20 dəfədən çox artım qeydə alınıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və məhsullarının inkişafı departamentinin direktoru Əfqan Abbasov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ani ödənişlər sisteminin təşviqində istiqamətlərdən də birisi hökumət ödəniş portalı vasitəsilə aparılmış ödənişlərin ani ödənişlər vasitəsilə hesablaşmasının aparılmasıdır:

"Mərkəzi Bank da bu istiqamətdə çox aktiv işlər aparmaqdadır. Artıq qeyd etmək istərdim ki, bu istiqamətdə də 20 dəfədən çox bir artım müşahidə olunub. Nəticə etibarilə dövlət ödənişlərinin hesablaşması artıq gecikmə, müəyyən period sonra deyil, dərhal, anında icra olunmaqdadır".



Xəbəri paylaş

38 dəfə oxunub.

Digər xəbərlər