Tarix: 25-04-2026 | Saat: 14:01
Bölmə:Karusel / Region | çapa göndər
Rusiyanın Yekaterinburq şəhərində Ural Federal Universitetinin müəllimi Yuliya Volkovanın paylaşımı qalmaqal yaradıb.
Qarabaginfo.az Rusiya mediasına istinadən xəbər verir ki, sözügedən müəllim sosial şəbəkələrdə azərbaycanlı keçmiş tələbəsinin 6 yaşlı qızının fotosunu paylaşaraq xoşagəlməz ifadələr işlədib.
“Azərbaycanlı ailələr məni bağışlasın. Lakin məni bir sual narahat edir: nəyə görə belə gözəl insanların bu cür çirkin uşaqları olur?”, - deyə o, sosial şəbəkə hesabının hekayə bölümündə bildirib.
Volkovanın bu paylaşımı qalmaqala səbəb olub. Təhqirə məruz qalan azyaşlının anası məsələ ilə bağlı prokurorluğa müraciət edib.
Yerli mediaya açıqlama verən müəllim isə bu addımı ilə kimisə təhqir etmək niyyətində olmadığını və bu cür reaksiya doğuracağını gözləmədiyini deyib: “Mən universitetdə işləyirəm, uşaqları da çox sevirəm. Kimisə təhqir etmək və alçaltmaq niyyətim olmayıb. Paylaşımı da geniş ictimaiyyət qarşısına çıxarmaq istəmirdim, hesabım qapalıdır. Əlbəttə, valideynlərin buna münasibət bildirməyə haqqı var, lakin onların reaksiyası bir qədər həddən artıq görünür”.
Ural Federal Universitetinin Mətbuat xidmətinin açıqlamasına görə isə təhsil müəssisəsinin Etika üzrə Komissiyası müəllimin davranışı ilə bağlı araşdırma aparacaq.

Digər xəbərlər

















