Ana Sayfa > Karusel / Gündəm > Aİ-nin qurumu COVID-19-a qarşı daha bir peyvəndin istifadəsini təsdiqləyib
Aİ-nin qurumu COVID-19-a qarşı daha bir peyvəndin istifadəsini təsdiqləyib20-12-2021, 18:07. Yazar: Admin |
Avropa Dərman Agentliyi (EMA) "Novavax"ın COVID-19-a qarşı peyvəndi "Nuvaxovid"-in (NVX-CoV2373) istifadəsini təsdiqləyib. ""Nuvaxovid" COVID-19-un qarşısının alınması üçün Aİ-də tövsiyə olunan beşinci peyvənddir. Bu, zülal əsaslı peyvənddir və artıq istifadəsinə icazə verilmiş digər peyvəndlərlə birlikdə pandemiya ilə mübarizənin vacib mərhələsində Aİ ölkələrində peyvəndləmə kampaniyalarını dəstəkləyəcək", - deyə məlumatda qeyd olunub. Geri dön |