Saytımızı qiymətləndirin


 
 

Dayanma-durma qaydalarına görə cərimələr ARTIRILIR
Tarix: 25-01-2022 | Saat: 17:32
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda dayanma, durma, parklanma, o cümlədən ödənişli parklanma ilə tənzimləmənin təkmilləşdirilməsi və bu sahədə olan bəzi cərimələrin artırılması təklif olunur.


Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında Bakı Nəqliyyat Agentliyinin Hüquq şöbəsinin müdir müavini Daşqın İbadov deyib.


İclasda qeyd olunub ki, layihə hazırlanarkən bu sahədə beynəlxalq təcrübə nəzərə alınıb.


Müzakirələrdən sonra layihə birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.


Dayanma və durma qaydaları, habelə dayanma və durma qaydalarını pozmaya görə cərimə tətbiqi məsələri ilə bağlı "Yol hərəkəti haqqında" Qanuna və İnzibati Xətalar Məcəllsinə ediləcək dəyişikliklərin əsas mahiyyəti bunlardır:


1. Sarı xətlərin müstəqil olaraq (nişanlarsız) dayanmanı və durmanı qadağan etməsi;


2. Taksi duracaqlarında başqa nəqliyyat vasitələrinin dayanmasına görə cərimə nəzərdə tutulması;


3. Dayanma və durmanın ən ciddi pozulmaları (ikinci cərgə, səkidə dayanma və yolayrıcında kəsişmə yerində dayanma) üçün cərimənin 2 dəfə artırılması;


4. Dayanma və durmaya görə kameralar vasitəsilə cərimə yazılmasının qanuniləşdirilməsi;


5. Qanunsuz ödənişli parklanma yerləri təşkilinə görə cərimə nəzərdə tutulması və s.



Xəbəri paylaş

241 dəfə oxunub.

Digər xəbərlər