Tarix: 20-09-2024 | Saat: 14:18
Bölmə:Karusel / Təhsil | çapa göndər
Orta məktəblərdə şagirdlərin evlərindən təhsil müəssisələrinə daşınması üçün nəzərdə tutulan avtobus ənənəsi dünyanın bir çox ölkəsində istifadə edilsə də, Azərbaycanda tətbiq edilmir. Ölkəmizdə valideynlər evdən uzaqda oxuyan övladlarını ya ictimai nəqliyyatdan, ya da şəxsi avtomobildən istifadə edərək məktəbə aparırlar.
Bir neçə il əvvəl Azərbaycanda məktəb avtobuslarının yaradılması müzakirə edilsə də, nəticə vermədi. Bu ilin mart ayında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Anar Rzayev məktəb avtobuslarının tətbiqinin çətin olduğunu açıqlamışdı.
Ancaq məktəb avtobusları həm şagirdlərin məktəbə gəlməsini rahatlaşdırmaq və tıxacların qarşısını almaqda faydalı ola bilər.
Məktəbəqədər Təsil və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜDTA) Qarabaqinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məktəb avtobusları təhsilə dair müvafiq qanunvericiliklə tənzimlənmir:
“Şagirdlərin daşınması təhsil müəssisəsinin iştirakı olmadan valideynlər və özəl servisi həyata keçirən tərəflər arasında bağlanmış müqaviləyə uyğun həyata keçirilə bilər. Agentlik tərəfindən tərəflər arasında bağlanmış xidməti müqavilə və ya razılaşmaya müdaxilə edilmir”.
Digər xəbərlər