Saytımızı qiymətləndirin


 
 

Zelenski: "İndiyədək münaqişədə 50-dən çox uşaq həlak olub"
Tarix: 08-03-2022 | Saat: 21:49
Bölmə:Karusel / Region | çapa göndər

Volodimir Zelinski Prezident İlham Əliyevin Ukraynaya səfərini böyük rəmzi xarakter daşıyan xüsusi səfər adlandırıb 

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniya Parlamentinin İcmalar Palatasının sessiyası zamanı deputatlara müraciət edib.

Qarabaginfo.az xəbər verir ki, o təslim olmayacaqlarını və sona qədər mübarizə aparacaqlarını bildirib.

"Böyük Britaniyanın artıq eşitdiyi və vacib olan sözləri bir daha xatırlatmaq istərdim. Biz təslim olmayacağıq və uduzmayacağıq, sona qədər mübarizə aparacağıq, dənizdə və havada nəyin bahasına olursa olsun torpağımız üçün mübarizəmizi davam etdirəcəyik",- deyə Zelenski Uinston Çörçilldən sitat gətirib.

O, Mariupoldakı vəziyyətdən danışarkən əraziyə heç bir yemək və suyun buraxılmadığını və insanların panikaya düşdüklərini bildirib.

Ukrayna Prezidenti əlavə edib ki, indiyədək münaqişədə 50-dən çox uşaq həlak olub.

V.Zelenski daha sonra Boris Consondan Rusiyaya sanksiyaları artırmağı istəyib.

Prezident çıxışı zamanı Rusiyanın Avropanın ən böyük Atom Elektrik Stansiyasına hücumunu xatırladıb.

Qeyd edək ki, Böyük Britaniya Parlamentində ilk dəfədir ki, xarici lider parlament üzvləri qarşısında çıxış edir.



Xəbəri paylaş

1256 dəfə oxunub.

Digər xəbərlər