Saytımızı qiymətləndirin


 
 

Yol polisi sürücülərə müraciət etdi: ehtiyatlı olun!
Tarix: 13-01-2024 | Saat: 11:07
Bölmə:Karusel / Gündəm | çapa göndər

Yol polisi sürücülərə müraciət etdi: ehtiyatlı olun!

Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) hazırda ölkə ərazisində küləklə müşahidə olunan hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edib.


Qarabaqinfo.az-ın məlumatına görə, idarənin müraciətində deyilir:

"Qeyri-sabit hava şəraitinin yollarda xoşagəlməz hadisələrə səbəb olmaması üçün Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarına müraciət edərək onları ehtiyatlı olmağa, yolların sürüşkənliyini nəzərə alaraq sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə çağırırıq.

Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı yüksək olduğundan təcrübəsiz sürücülərin həmin ərazilərdə avtomobil idarə etməkdən çəkinməsi, belə bölgələrdə idarə olunan avtomobillərin mövsümə uyğun şinlərlə təchiz edilməsi tövsiyə olunur.

Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi piyadalara səslənərək onlardan əlverişsiz hava şəraitinin yaratdığı çətinlikləri nəzərə alaraq, yollarda öz həyat və sağlamlıqlarına qarşı daha diqqətli olmağı, yol hərəkəti qaydalarına sözsüz əməl etməyi xahiş edirik".



Xəbəri paylaş

166 dəfə oxunub.

Digər xəbərlər