Saytımızı qiymətləndirin


 
 

DSX 11,9 kq narkotik vasitənin qaçaqmal yolu ilə ölkəyə gətirilməsinin qarşısını alıb
Tarix: 22-03-2018 | Saat: 10:30
Bölmə:Karusel / Kriminal | çapa göndər

 

dsx 11 9 kq narkotik vasitenin qacaqmal yolu ile olkeye getirilmesinin qarsisini alib

Martın 20-də Astara rayonu istiqa­mətində naməlum üzmə vasitəsinin Azərbaycanın sərhəd su­­la­rına daxil olması müəyyən edil­ib.

 

"Qarabaginfo" xəbıər verir ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Apa.azPA-ya verilən məlumata görə, üzmə vasitəsinin hərəkətləri nəzarətdə saxlanılmaqla, həmin istiqa­mətdə dövlət sərhədinin müha­fi­zə­sində olan sər­həd gözətçi gəmisinə müvafiq tapşı­rıqlar veril­ib, sahil xətti boyu ərazilərdə baxış qrupları tərəfindən həssas nöq­tələrdə xidmət təşkil olunub.

 

Sərhəd gözətçi gəmisi tərəfindən naməlum üzmə vasitəsi təqib edilib, üzmə vasitəsi geriyə istiqamətlənərək Xəzər dənizinin Azər­baycan Respublika­sı­na mən­sub böl­mə­sini tərk edib. Həmin üzmə rayonunda sərhəd gözətçi gəmisi tərəfindən Azərbaycan Respubli­kasına məx­sus “Yamaha-75” mühərrikli “ŞA-293” bort nöm­­­­­­rəli qayıq müşahidə edilib və saxlanılıb. Üzmə vasitəsinin heyət üzv­lə­r­inin – Astara ra­yon Şah­ağacı kənd sakinləri Quliyev Əliağa Rauf oğlu və Quli­yev Seymur Mir­zəhəsən oğlunun sərhəd sularında üzmə qaydalarını poz­maları müəyyən olun­ub



Xəbəri paylaş

673 dəfə oxunub.

Digər xəbərlər
20-09-2021, 23:49 Tvitterdə problem yaranıb