Saytımızı qiymətləndirin


 
 

Bakıda sənaye istehsalı azalıb
Tarix: 04-03-2021 | Saat: 12:29
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

Bakıda sənaye istehsalı azalıb

 

Bu ilin yanvar ayında Bakı üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 2,9 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 17,1% azdır. 

Bakı Şəhər Statistika İdarəsindən Qarabaqionfo.az-a verilən məlumata görə, sənaye məhsulunun 78,7%-i mədənçıxarma, 18,4%-i emal, 2,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Məlumata görə, istehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 fevral 2021-ci il vəziyyətinə 375,3 mln. manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 80,9 mln. manat məbləğində digər məhsullar da mövcud olub.



Xəbəri paylaş

1382 dəfə oxunub.

Digər xəbərlər