Saytımızı qiymətləndirin


 
 

Xəlil Rza Ulutürkün həyat yoldaşına qarşı dələduzluq edən şəxsin şikayəti əsasında məhkəmə başlayıb
Tarix: 21-12-2018 | Saat: 09:55
Bölmə:Karusel / Kriminal | çapa göndər

 

 

 Bakı Apellyasiya Məhkəməsində xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Ulutürkə qarşı dələduzluq etməkdə təqsirləndirilən Mirzə Şəmsiyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Qarabaginfo" "Report"a istinadən xəbər verir ki,  hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası 2019-cu ilin yanvar ayının 10-na təyin edilib.

Qeyd edək ki, M.Şəmsiyev Xəlil Rza Ulutürkün yubileyi münasibətilə onun kitabını nəşr etdirəcəyini deyərək həyat yoldaşı Firəngiz Ulutürkə qarşı, təxminən, 4 min manat məbləğində dələduzluq edib. İş üzə daha bir neçə nəfərə qarşı dələduzluq edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Şəmsiyev 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum və zərərçəkmişlər apellyasiya şikayəti veriblər.



Xəbəri paylaş

597 dəfə oxunub.

Digər xəbərlər