Tarix: 01-10-2021 | Saat: 14:19
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Qarabağ məsələsi ilə bağlı yeni açıqlama verib.
Qarabaginfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, məsələni Minsk qrupu çərçivəsində həll etməyə hazır olduqlarını açıqlayıb.
“Ermənistan Dağlıq Qarabağla bağlı danışıqlar prosesini ATƏT-in Minsk qrupu çərçivəsində bərpa etməyə hazırdı”, - deyə xarici işlər naziri Ararat Mirzoyan açıqlama verib.
//Modern.az
O bu açıqlamanı çexiyalı həmkarı Yakub Kulxaneklə birgə mətbuat konfransında söyləyib. Mirzoyan Ceyhun Bayramovla və həmsədrlərlə Nyu-Yorkda BMT sessiyası çərçivəsində baş tutan görüşü barədə də danışıb.
“Nyu-York görüşlərində Ermənistan Minsk qrupu çərçivəsində Qarabağ danışıqlarını məlum prinsip və elementlər əsasında bərpa etməyə hazır olduğunu bildirib”.
Xatırladaq ki, sentyabrın 24-də Nyu-Yorkda ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla Ermənistan XİN başçısı Ararat Mirzoyan arasında görüş baş tutmuşdu.
Digər xəbərlər