Saytımızı qiymətləndirin


 
 

Cavanşir Quliyevin “Yarım gilə” mahnısının erməni ifaçının oxuması araşdırılır
Tarix: 29-07-2024 | Saat: 12:40
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

Əqli Mülkiyyət Agentliyi (COPAT) əməkdar incəsənət xadimi bəstəkar Cavanşir Quliyevin “Yarım gilə” mahnısının ermənilər tərəfindən oğurlanması faktı ilə bağlı araşdırma aparır.

Bildirilib ki, yaxın günlərdə nəticə barədə ətraflı məlumat veriləcək.

Bəstəkar Cavanşir Quliyev isə APA-ya açıqlamasında bildirib ki, 1991-ci ildə yazdığı mahnı bir xeyli məşhurluq qazanıb, türk və gürcü müğənnilər tərəfindən ifa olunub.

“Hətta gürcü ifaçını mən tapmışdım, o məndən icazəsiz ifaya görə üzr istədi. Görünür, məhz bu formada da gedib Ermənistana da çıxıb”.

Bəstəkar erməni ifaçının lent yazısını COPAT-a göndərdiyini və araşdırma aparmaqlarını xahiş edib.

“Təəssüf ki, həmin ifa yutubda yoxdur, o mənada, bir az çətindir. Hüquqi baxımdan, yutubda olsaydı, daha rahat həll etmək olardı”.(Apa)



Xəbəri paylaş

282 dəfə oxunub.

Digər xəbərlər