Saytımızı qiymətləndirin


 
 

“Vahid Rusiya” Baş Şurasının katibi Şoyqunu xəyanətdə ittiham edən generalı dəstəklədi- AÇIQLAMA
Tarix: 13-07-2023 | Saat: 13:43
Bölmə:Karusel / Siyasət / Region | çapa göndər

“Rusiya Müdafiə Nazirliyinin rəhbərliyini tənqid etdikdən sonra Cənub Hərbi Dairəsinin 58-ci Birləşmiş Silahlı Qüvvələrinin komandanı vəzifəsindən azad olunan general-mayor İvan Popov kimi hərbçilərlə fəxr etməlidir”.

Qarabaginfo.az xəbər verir ki, bunu hakim “Vahid Rusiya” Partiyası Baş Şurasının katibi, senator Andrey Turçak deyib.

“İvanın vicdanı təmizdir. Vətən belə komandirləri ilə fəxr edə bilər”, – o, Telegram kanalında yazıb.

Eyni zamanda, Turçak Popovun başqa cəbhədəki problemlərlə bağlı tabeliyində olanlara müraciətinin ictimailəşməsindən qəzəblənib. Həmin müraciəti Rusiya Duması Müdafiə Komitəsinin üzvü Andrey Qurulev internetdə yerləşdirib.

“General Popovun müraciəti ictimai deyildi və 58-ci Ordunun komandirləri və əsgərlərinin şəxsi çat söhbətlərində yerləşdirilmişdi. Deputat Qurulevin birtəhər bunu əldə etməsi və bundan siyasi şou çıxarması onun vicdanında qalsın. Onun digər açıqlamaları və şərhləri kimi…”, – Turçak bildirib.

Turçak əlavə edib ki, ordu siyasətdən kənarda olub və qalır.

Qurulev tərəfindən dərc edilən müracətdə Popov bildirib ki, ordunun əsas problemi və faciəsi əks-batareya döyüş və artilleriya kəşfiyyat stansiyalarının olmamasıdır. Onun sözlərinə görə, məhz buna görə hərbçilər kütləvi şəkildə ölür və yaralanır. Popov hakimiyyəti xəyanətdə ittiham edib. Generalın sözlərinə görə, onlar ordunun kürəyindən bıçaqlayıblar.

Popov nazir Sergey Şoyqunun adını açıqlamasa da, onun Müdafiə Nazirliyi rəhbərinin əmri ilə vəzifəsindən uzaqlaşdırıldığını bildirib.

Məlumata görə, Popov uzun müddət cəbhədə olan və ciddi itkilər verən bölmələrin rotasiyasının zəruriliyi ilə bağlı məsələ qaldırıb və bu problemi şəxsən prezident Vladimir Putinə çatdırmaq niyyətində olub. Bundan sonra Baş Qərargahın rəhbəri Valeri Gerasimov generalı şantajda ittiham edib və onu vəzifəsindən uzaqlaşdırılıb.(Azpost.info)



Xəbəri paylaş

177 dəfə oxunub.

Digər xəbərlər