Tarix: 07-04-2022 | Saat: 11:44
Bölmə:Karusel / Gündəm | çapa göndər
Rusiya hava hücumundan müdafiə sistemləri Donbass üzərində səmada Ukraynanın beş pilotsuz uçuş aparatını vurub.
Bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib.
“Rusiyanın hava hücumundan müdafiə sistemləri Novoselovka Vtoraya, Çervonoe, Novoqradovka, İlovaisk və Xartsizsk yaşayış məntəqələrinin ərazilərində havada 5 pilotsuz uçuş aparatını vurub", - Rusiya MN rəsmisi vurğulayıb.
İqor Konaşenkov Ukraynada xüsusi əməliyyat başlayandan bəri Rusiya silahlı qüvvələri tərəfindən 400-dən çox pilotsuz uçuş aparatı, 1900-ə qədər tank və digər zirehli texnikanın məhv edildiyini söyləyib:
“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Ukrayna Silahlı Qüvvələrinin 125 təyyarə, 93 helikopter, 413 pilotsuz uçuş aparatı, 227 zenit-raket kompleksi, 1987 tank və digər zirehli döyüş texnikası, 218 reaktiv yaylım atəşi sistemi, 866 səhra artilleriya qurğusu və minaatan, həmçinin 1894 ədəd xüsusi təyinatlı hərbi maşını məhv edilib”.
Digər xəbərlər