Adil Əliyev seçiciləri ilə görüşdü
Tarix: 16-09-2021 | Saat: 17:40
Bölmə:Karusel / Gündəm | çapa göndər




407 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 16-09-2021 | Saat: 17:40
Bölmə:Karusel / Gündəm | çapa göndər

Milli Məclisin sədr müavini Adil Əliyev seçiciləri ilə görüşüb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə deputat sosial hesabından paylaşım edib.
Paylaşımda deyilir:
"Bu gün Milli Məclisə deputat seçildiyim 20 saylı Nərimanov ikinci seçki dairəsi ərazisində yaşayan seçicilərlə görüşdük.
Pandemiya qaydalarına uyğun keçirilən görüşdə seçicilərimizə Vətən müharibəsindən ötən 10 ayda işğaldan azad edilmiş ərazilərimizdə aparılan böyük abadlıq-quruculuq işlərindən danışaraq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm Zəfər qazanan Azərbaycanın 30 illik işğala son qoyduqdan dərhal sonra öz əzəli torpaqlarında bərpa və yenidənqurmaya başladığını bildirdik. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətindən bəhs edərək Heydər Əliyev Fondu tərəfindən mədəniyyət paytaxtımız Şuşada təşkil edilən tədbirlər barədə geniş məlumat verdik.
Görüşdə seçicilərin müraciətlərinə həssaslıqla yanaşaraq, onların qaldırdıqları bir sıra sosial, məişət, humanitar xarakterli məsələlər yerindəcə həll edildi. Digər müraciətlərin həlli üçün aidiyyəti üzrə müxtəlif qurumlara məktublar ünvanladıq. Həmçinin, bəzi vətəndaşlara müraciətləri ilə bağlı qanunvericiliyin tələblərinə uyğun izahlar verdik. Eləcə də seçicilərimizə koronavirus pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə əməl etmək tövsiyə olundu.
Seçicilərlə keçirilən görüşdə Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini və digər vəzifəli şəxslər iştirak etdilər."





Xəbəri paylaş
Digər xəbərlər
14-02-2023, 14:13
Bakıda yataqxanadakı yanğının ilkin səbəbi MƏLUM OLDU
18-04-2023, 13:58
Azərbaycanda fənlərin adı necəAzərbaycanda fənlərin adı necə dəyişməlidir? – Nazirin çıxışına reaksiyadəyişməlidir? – Nazirin çıxışına reaksiya
14-07-2023, 15:26
Baş katib: Ukraynanın üzvlüyünə dair elə yol tapmalıyıq ki, bu, Rusiya ilə genişmiqyaslı münaqişəyə səbəb olmasın
1-01-2022, 23:32
Zirəddindən yeni illə bağlı proqnoz: Müharibə və aqressiya - Video
30-09-2021, 10:08
Ərdoğan Füzuli hava limanının açılışına GƏLƏCƏK
8-04-2024, 12:57
"Sovetski"də qədim quyu və tunellərin aşkara çıxdığı deyilən əraziyə baxış keçirilib, söküntü dayandırılıb
8-08-2024, 08:19
Tunis prezidenti ölkənin yeni hökumət başçısını təyin edib
24-09-2026, 07:39
BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur
21-10-2025, 11:06
Səhiyyə Nazirliyi: Azərbaycanda insanlar arasında dabaq xəstəliyinə yoluxma halları qeydə alınmayıb


















