Saytımızı qiymətləndirin


 
 

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur
Tarix: 24-09-2026 | Saat: 07:39
Bölmə:Karusel / Dünya | çapa göndər

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

Britaniya hərbçiləri öz silahlı qüvvələrinə qarşı mümkün təhdidləri azaltmaq məqsədilə digər ölkələrin peyklərinin fəaliyyətinə maneə yaradır.

Bu barədə BBC məlumat yayıb.

Məlumata görə, Böyük Britaniya Kral Hərbi Hava Qüvvələri 2025-ci ildə potensial rəqiblərin peyklərinin fəaliyyətinə müdaxilə edə bilən yerüstü sistemdən istifadə edib.

Sistemin, xüsusilə, Britaniyanın nüvə silahı daşıyan sualtı qayıqlarının hərəkətinin və xüsusi təyinatlı qüvvələrin məxfi əməliyyatlarının peyklər vasitəsilə izlənilməsinin qarşısını almaq üçün istifadə oluna biləcəyi bildirilir.



Xəbəri paylaş

5 dəfə oxunub.

Digər xəbərlər