Saytımızı qiymətləndirin


 
 

Son üç ildə Azərbaycanda aqrar sektor üzrə nəzərdə tutulan illik artım faizi icra edilməyib
Tarix: 27-05-2025 | Saat: 11:55
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Son üç ildə Azərbaycanda aqrar sektor üzrə nəzərdə tutulan illik artım faizi icra edilməyib

Azərbaycanın Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına əsasən, dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat üzrə strateji çərçivədə hər il orta hesabla kənd təsərrüfatının 4%, nəqliyyat sektorunun 5%, qeyri neft-qaz sənayesinin 8,3%, tikinti sektorunun 3%, informasiya və rabitə sektorunun 10%-dən çox artması nəzərdə tutulub.

Qarabaginfo.az xəbər verir ki, bu “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və “2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata” Hesablama Palatasının rəyində qeyd edilib.

Statistik məlumatlara əsasən, 2022-2024-cü illərdə hər il orta hesabla kənd təsərrüfatı 2,6%, nəqliyyat 10,6%, qeyri neft-qaz sənayesi 5,7%, tikinti 12,5%, informasiya və rabitə sektoru 14,6% artıb.



Xəbəri paylaş

39 dəfə oxunub.

Digər xəbərlər