Tarix: 15-05-2024 | Saat: 10:12
Bölmə:Karusel / Dünya | çapa göndər
“Biz Ukrayna ilə bağlı dialoqa açığıq”.
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Çinə səfəri ərəfəsində “Xinhua” agentliyinə müsahibəsində deyib.
“Lakin bu, sözügedən münaqişədə iştirak edən bütün ölkələrin, o cümlədən bizim maraqlarımızı nəzərə alan danışıqlar olmalıdır”, - deyə Rusiya lideri qeyd edib.
Onun sözlərinə görə, danışıqlar qlobal sabitlik, eləcə də təhlükəsizlik zəmanətləri məsələlərinə aid olmalıdır. Putinin fikrincə, təhlükəsizlik zəmanətlərinin etibarlılıq məsələsi potensial danışıqların əsas problemidir: “Bu, onunla əlaqədardır ki, Qərb ölkələri beynəlxalq hüquqa əsaslanan tənzimləməyə deyil, mövcud siyasi konyukturadan asılı olaraq dəyişən qaydalara əsaslanan tənzimləməyə üstünlük verirlər”.
Qeyd edək ki, Putin mayın 16-da Çinə səfər edəcək.
Digər xəbərlər