Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda fənlərin adı necəAzərbaycanda fənlərin adı necə dəyişməlidir? – Nazirin çıxışına reaksiyadəyişməlidir? – Nazirin çıxışına reaksiya
Tarix: 18-04-2023 | Saat: 13:58
Bölmə:Karusel / Təhsil | çapa göndər

Azərbaycanda fənlərin adı necə dəyişməlidir? – Nazirin çıxışına reaksiyaAzərbaycanın elm və təhsil naziri Emin Əmrullayevin Azərbaycanda fənlərin adlarının dəyişməməsi ilə bağlı səsləndirdiyi fikir sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Nazir öz fikrini belə ifadə edib: “Özəl məktəblərdə şagirdlərimiz problemlərin həlli istiqamətində kifayət qədər yaradıcı düşünə bilir. Ola bilər ki, Azərbaycanda fənlərin adı son 70-80 ildə dəyişmir. Bu, tək bizdə yox, bir çox ölkələrdə də belədir”. 

Nazirin dediklərinə münasibət bildirən millət vəkili Etibar Əliyev “Yeni Sabah”a açıqlamasında Dahi Herbert Uelsdən sitat gətirib: “Gələcək nəsillər yaxşı yazmağı, oxumağı və statistik düşünməyi bacarmalıdır”. 

Millət vəkilinin sözlərinə görə, bir çox ölkələrdə 10-11-ci siniflərdə “Maliyyə savadlılığı”, “Sahibkarlığın əsasları”, “Ekoloji mədəniyyət” fənləri siniflərdə tədris olunur: “Məqsəd qlobal hadisələri qiymətləndirmək, səbəb və nəticələri analitik təhlil etmək, komandada işləmək, mühüm regional və şəxsi problemləri təhlil etmək, onların arasındakı əlaqələri öyrənmək, informasiyaları tənqidi analiz etmək, arqumentləşdirməyi öyrənməkdir”. 

E. Əliyev deyir ki, bunun üçün şagirdlər riyaziyyatı, kimyanı, coğrafiyanı, biologiyanı yaxşı bilməlidirlər: 

“Əslində bütün bunlar dünyaca məşhur Roma Klubunda öyrənilib. Bu il həmin klubun yaradılmasının 55 illiyi tamam olur. 

Nazirin fikrinə münasibət olaraq bildirmək istəyirəm ki, hələ 50 il bundan əvvəl aparılan tədqiqatların nəticəsi olaraq, yeni fənlərin tədrisinə zərurət yaradıb. Roma klubu Bəşəri çətinliklərinin elmi təhlilini aparır, planetar kritik situasiyalarda həyəcan təbili səsləndirir, qlobal tarazlığın qorunması istiqamətində tədqiqatçıları cəlb edir. 

Dördüncü sənaye inqilabı süni intellekt, robotlar, əşyaların interneti, avtonom maşınlar, üçölçülü printerlər, nanotexnologiya, biotexnologiya, kvant hesablamaları kimi yeni texnoloji sıçrayışlara əsaslanan inqilabdır. Bütün bunlar Ali məktəb proqramlarında nəzərə alınmalıdır. 

Yaşadığımız Əsr STEM əsridir. Bu, Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat sözlərinin birləşməsidir. Buna uyğun olaraq fənlərin adının dəyişdirilməsi deyil, onların qarşılıqlı əlaqəsini dərindən öyrənilməsinə diqqət ayırmaq lazımdır”. 

E. Əliyev digər bir təcrübəyə diqqət yetirib:

“Məsələn, “fənlərarası yanaşma” deyilən bir anlayış var. Fizika ilə riyaziyyat, biologiya ilə kimya fənlərarsı yanaşmada daha yaxşı effekt verir. Və bunu nəzərə alıb, çoxçeşidli dərsliklər yazırlar. Ancaq bunun üçün müəllim fənləri bərabər səviyyədə bilməlidir. Bizdə Ali təhsil proqramlarında qüsurlar var. Fənlərarası yanaşmalar nəzərə alınmır. Pedaqogika, psixologiya və fəlsəfə fənlərinin proqramları və məzmun köhnədir. Buna heç kim diqqət etmir. 

Əzbərçilik məsələsinə gəldikdə isə təhsilə rəhbərlik edən şəxslər uzun illərdir deyirlər ki, biz “yaddaş məktəbindən təfəkkür məktəbinə keçirik”. Bu absurddur. Yaddaşsız təfəkkür formalaşa bilməz? Dərs yaxşı keçirilmirsə, emosiya yoxdursa, mövzular yadda qala bilməz. Dünyanın aparıcı universitetlərində yaddaş üzrə professorların məqalələrini oxumuşam. Orta məktəb dərslikləri, Ali məktəb dərslikləri məzmun baxımından çox kasaddır. Biz bu məzmunla Dördüncü Sənaye İnqilabının arxasınca qaçacağıq. Yeni peşələrin Atlası hazırlanmalıdır. Və buna uyğun yeni nəsil dərsliklər yazılmalıdır. Təəssüflər olsun ki, bu istiqamətdə heç bir müzakirəyə rast gəlmirik”.



Xəbəri paylaş

184 dəfə oxunub.

Digər xəbərlər