
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin son 2 ilk oyunu keçiriləcək
Tarix: 11-12-2017 | Saat: 09:03
Bölmə:Karusel / İdman | çapa göndər
761 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 11-12-2017 | Saat: 09:03
Bölmə:Karusel / İdman | çapa göndər
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin son 2 ilk oyunu keçiriləcək.
"Qarabaginfo"-nun "Report"-a istinadən verdiyi məlumatına görə, "Qəbələ" "Səbail"i, "Qarabağ" isə "Sumqayıt"ı qəbul edəcək.
Qəbələ şəhər stadionundakı qarşılaşmada komandalar ilk dəfə kubok matçında üz-üzə gələcəklər. "Azərsun Arena"da isə "Qarabağ" artıq dördüncü dəfə "Sumqayıt"la növbəti mərhələ uğrunda mübarizə aparacaq. Bu kollektivlərin 20011-2012 mövsümündəki 1/8 final görüşündə "Qarabağ" 3:0, 2015-2016 mövsümündə 1/4 finalda 2:0 və 4:1, 2016-2017 mövsümündə isə 6:0 və 5:2 hesablı qələbələrlə mərhələ adlayıb. Başqa sözlə, ardıcıl 3-cü, ümumilikdə 4-cü dəfə yolları kəsişən komandaların 5 oyununun hamısında Ağdam təmsilçisi qələbə qazanıb. 4 dəfə böyük hesabla qalib gələn Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv öz meydanındakı 3 görüşdə qol da buraxmayıb.
Azərbaycan Kuboku, 1/4 final
İlk oyunlar
11 dekabr (bazar ertəsi)
16:00. "Qəbələ" – "Səbail"
Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Vüsal Qənbərov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Rövşən Əhmədov
Qəbələ şəhər stadionu
19:00. "Qarabağ" – "Sumqayıt"
Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, İsgəndər Əliyev, Rəhim Həsənov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Əli Hüseynov
"Azersun Arena"
Qeyd edək ki, ilk oyun günündə "Keşlə" evdə "Kəpəz"i 2:0, "Zirə" isə "Neftçi"ni 1:0 hesabı ilə yenib. Cavab görüşləri 14-15 dekabrda keçiriləcək.
Xəbəri paylaş
Digər xəbərlər
14-07-2024, 08:19
İlon Mask son 8 ayda iki dəfə sui-qəsdə uğradığını bildirib - FOTO
18-01-2023, 16:57
"Vaqner qrupu"nda Norveçdən 67 muzdlu döyüşür..."
5-10-2024, 22:30
XİN: Beynəlxalq Frankofoniya Təşkilatının Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur
7-03-2022, 23:31
Yanukoviçin təyyarəsi Minskdən yola düşüb
31-01-2025, 22:42
Prezidentin mükafatlandırdığı gənclər kimlərdir? - Fotolar
15-08-2022, 23:28
Azərbaycanda son sutkada 110 nəfər COVID-19-a yoluxub, 4 nəfər ölüb
9-12-2022, 11:50
Naxçıvanda nə baş verir? - 8 suala cavab






" style="width: 670px; height: 340px;">








