Ana Sayfa > Karusel / İdman > Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin son 2 ilk oyunu keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin son 2 ilk oyunu keçiriləcək11-12-2017, 09:03. Yazar: Admin |
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin son 2 ilk oyunu keçiriləcək.
"Qarabaginfo"-nun "Report"-a istinadən verdiyi məlumatına görə, "Qəbələ" "Səbail"i, "Qarabağ" isə "Sumqayıt"ı qəbul edəcək. Qəbələ şəhər stadionundakı qarşılaşmada komandalar ilk dəfə kubok matçında üz-üzə gələcəklər. "Azərsun Arena"da isə "Qarabağ" artıq dördüncü dəfə "Sumqayıt"la növbəti mərhələ uğrunda mübarizə aparacaq. Bu kollektivlərin 20011-2012 mövsümündəki 1/8 final görüşündə "Qarabağ" 3:0, 2015-2016 mövsümündə 1/4 finalda 2:0 və 4:1, 2016-2017 mövsümündə isə 6:0 və 5:2 hesablı qələbələrlə mərhələ adlayıb. Başqa sözlə, ardıcıl 3-cü, ümumilikdə 4-cü dəfə yolları kəsişən komandaların 5 oyununun hamısında Ağdam təmsilçisi qələbə qazanıb. 4 dəfə böyük hesabla qalib gələn Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv öz meydanındakı 3 görüşdə qol da buraxmayıb. Azərbaycan Kuboku, 1/4 final İlk oyunlar 11 dekabr (bazar ertəsi) 16:00. "Qəbələ" – "Səbail" Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Vüsal Qənbərov, Elvin Əsgərov AFFA nümayəndəsi: Eldar Qasımov Hakim-inspektor: Rövşən Əhmədov Qəbələ şəhər stadionu 19:00. "Qarabağ" – "Sumqayıt" Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, İsgəndər Əliyev, Rəhim Həsənov AFFA nümayəndəsi: Sakin Məmmədzadə Hakim-inspektor: Əli Hüseynov "Azersun Arena" Qeyd edək ki, ilk oyun günündə "Keşlə" evdə "Kəpəz"i 2:0, "Zirə" isə "Neftçi"ni 1:0 hesabı ilə yenib. Cavab görüşləri 14-15 dekabrda keçiriləcək. Geri dön |