Saytımızı qiymətləndirin


 
 

Baş Qərargah rəisi hava məkanının etibarlı qorunması ilə bağlı tapşırıqlar verib
Tarix: 18-01-2022 | Saat: 19:07
Bölmə:Karusel / Gündəm | çapa göndər

Kərim Vəliyev Hərbi Hava Qüvvələrinin hərbi hissələrindən birində olub

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Hərbi Hava Qüvvələrinin hərbi hissələrindən birində olub.

Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, HHQ-nin şəxsi heyəti ilə görüşən Baş Qərargah rəisi hava hücumundan müdafiə rəisləri, zenit-raket divizionlarının komandirləri ilə keçirilən təlim-metodiki toplanışda iştirak edib.

General-polkovnik K.Vəliyev döyüş qabiliyyətinin daha da artırılması və döyüşə hazır olma vəziyyətinin yüksək səviyyədə saxlanılması, hava məkanımızın etibarlı qorunması, döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılması ilə bağlı tapşırıqlar verib.

Sonda Baş Qərargah rəisi şəxsi heyətin qayğıları ilə maraqlanıb və Müdafiə nazirinin müvafiq tapşırıqlarını aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırıb.



Xəbəri paylaş

1302 dəfə oxunub.

Digər xəbərlər