Tarix: 06-11-2025 | Saat: 14:04
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər
Naxçıvanın işğaldan azad edilmiş ərazilər kimi vergilərdən azad edilməsi kifayət qədər maraqlı və yeni yanaşmadır.
Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Vergi Məcəlləsinə dəyişikliyin müzakirəsi zamanı deputat Tahir Mirkişili deyib.
Deputat deyib ki, Naxçıvan Muxtar Respublikası Orta Dəhlizin formalaşmasında mühüm məntəqələrindən biridir: “Zəngəzur dəhlizinin açılmasından sonra Naxçıvanın vergidən azad edilməsi çox müsbət nəticələr verəcək”.
Qeyri-neft sektorunda vergi islahatlarının nəticələri
Tahir Mirkişili qeyd edib ki, 2018-dən başlayaraq qeyri neft qaz özəl sektorda 7 il müddətinə gəlir vergisinə tətbiq olunan güzəştlər ilə aparılan şəffaflaşma prossesinin mühüm nəticələri olub: “Bu müddət ərzində qeyri neft özəl sektorda orta aylıq əmək haqqı məbləği 37.5% artsa da, qeyri neft qaz özəl sektorda əmək haqqı fondu 2.7 dəfə, məcburi dövlət sosial sığorta üzrə daxilolmalar isə 2.5 dəfə (3.4 mlrd manat) artmışdır. Qeyri neft qaz özəl sektorun cəmi əmək müqavilələrində payı 38.5%-dən 52.5%-ə qalxıb. 2018-ci ildə əmək haqqı alanların 38% i minimum əmək haqqının 2.5 misli qədər əmək haqqı alırdılarsa, 2024-cü ildə 53% i minimum əmək haqqının 2.8 misli qədər əmək haqqı alıblar. Nəzərə alsaq ki, bu dövrdə minimum əmək haqqı özü də 2.6 dəfə artıb, o zaman dəyişikliyin böyük olması üzə çıxır. Vergi islahatından əvvəl əhalinin pul gəlirlərində əmək haqqlarının payı 9.5% idisə, hazırda bu pay 24% dir. Yəni, aparılmış vergi islahatının (qeyri neft qaz özəl sektorda gəlir vergisinin 7 il müddətə 0 dərəcə olması) müsbət nəticələri göz önündədir. Aparılan təhlillər göstərir ki, ölkədə qeyri-formal məşğul olan muzdlu işçilər hələ də mövcuddur. Bunların ağarması üçün yeni tədbirlərə və yanaşmalara ehtiyac var. Bu sayı 0 etmək də mümkün deyil, amma minimum etməyə çalışmaq lazımdır. Bu mənada güzəşt müddəti başa çatan gəlir vergisinin dərəcəsinin gəliri 2500 manata qədər olan vətəndaşlar üçün 14% deyil, 3% müəyyən edilməsi müsbət addımdır”.
Əmək haqqının artırılmasına və yeni iş yerlərinə vergi güzəştləri təklifi
Deputat yeni təşviq metodlarından da istifadə edilməsini də faydalı sayıb: “Məsələn, əgər işəgötürən əməkdaşın maaşını rəsmi şəkildə artırırsa, həmin artım hissəsi üçün müəyyən müddətə gəlir vergisi və ya sosial sığorta haqqı azaldıla bilər (Məsələn: ilk 12 ay üçün 50% sosial sığorta güzəşti). Eyni yanaşma yeni iş yerlərinin açılmasına da tətbiq etmək olar. Bu, şəffaflaşma prosesinə mühüm dəstək olar. Digər bir məsələ isə sektorlar arası fərqli yanaşmanın tətbiq olunmasıdır. Bu məsələni gələcəkdə tənzimləmək lazım olacaq. Çünki vergi dərəcəsinin hamı üçün eyni olması gələcəkdə vergidən qaçma hallarını da xeyli azalda bilər”.
Digər xəbərlər














%20(4):1200.jpg)

