Saytımızı qiymətləndirin


 
 

Ramiz Mehdiyevin borca görə 16 min cərimələnməsi xəbəri ilə bağlı - Rəsmi açıqlama
Tarix: 31-08-2021 | Saat: 15:47
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ramiz Mehdiyevin borca görə 16 min cərimələnməsi xəbəri ilə bağlı

 

AMEA prezidenti Ramiz Mehdiyevin Novxanı qəsəbəsində yerləşən bağ evində qazdan istifadəyə görə 16 min manat cərimə olunması ilə bağlı məlumat yayılıb.

İddiaya görə, bu illər ərzində R.Mehdiyev "Azəriqaz" əməkdaşlarını villanın həyətinə buraxmadığı üçün onlar borcu hesablaya bilməyiblər. Bu günlərdə “Azəriqaz” rəhbərliyinin göstərişi ilə R.Mehdiyevin villasına daxil olan əməkdaşlar 16 min manat cərimə yazıblar.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev bildirib ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə məxsus fərdi yaşayış evinə verilən mavi yanacağın "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən kəsilməsi ilə bağlı məlumatlar dərc olunur: "Mehdiyevə məxsus fərdi yaşayış evinə verilən mavi yanacağın kəsilməsi və cərimə yazılması ilə bağlı Birliyə heç bir məlumat daxil olmayıb".

Qeyd edək ki, bu barədə ilk məlumatı hurriyyet.az saytı yayıb.

(Qafqazinfo.az)



Xəbəri paylaş

320 dəfə oxunub.

Digər xəbərlər