Saytımızı qiymətləndirin


 
 

Zəngəzur dəhlizi daxil olmaqla bütün kommunikasiya xətləri açılacaq
Tarix: 31-08-2021 | Saat: 13:33
Bölmə:Karusel / Gündəm | çapa göndər

Zəngəzur dəhlizi daxil olmaqla bütün kommunikasiya xətləri açılacaq

 

Ermənilər 10 noyabr bəyannaməsinin şərtlərinə uyğun olaraq, nəqliyyat dəhlizlərinin açılmasına maneçilik törətməkdə davam edirlər. Belə ki, bölgədə sülhün möhkəmləndirilməsi üçün həyata keçirilən addımlardan birinin nəqliyyat dəhlizləri olmasını erməni cəmiyyəti heç cürə həzm edə bilmir. 

Ermənistan cəmiyyətində bu məsələyə münasibət də birmənalı deyil. Bəzi erməni ictimai fəallar bunun Ermənistana gərəkli olduğunu bildirsə də, revanşist qüvvələr xarici havadarlarının diqtəsi ilə proseslərə mane olmağa çalışırlar. 

Lakin, Azərbaycan prezidenti İlham Əliyev açıq şəkildə bəyan edib ki, Zəngəzur dəhlizi daxil olmaqla bütün kommunikasiyalar ermənilərin razılığı olmasa belə istifadəyə veriləcək. 

Kommunikasiyaların bərpa olunması mövcud reallıqda ermənilər üçün çox əlverişli olduğu halda, onlar revanşist əməllərindən əl çəkmirlər. 10 noyabr bəyannaməsini imzalayan tərəflərdən biri olan Rusiyanın bu məsələdə mövqeyi də başadüşülən deyil. 

Hələ ki, siyasi proseslər gərgin olaraq qalmaqdadır. Yaxın zamanlarda bu sahədə irəliləyişlərin olacağı qaçılmazdır. Cünki biabırçı məğlubiyyətdən sonra təslimçilik aktına imza atan Ermənistanın başqa çıxış yolu yoxdur.



Xəbəri paylaş

344 dəfə oxunub.

Digər xəbərlər