Saytımızı qiymətləndirin


 
 

Vüqar Veysəlov: “TAP İtaliyanın qaz tələbatının 12 %-ni ödəyəcək”
Tarix: 08-12-2020 | Saat: 16:59
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

Vüqar Veysəlov: “TAP İtaliyanın qaz tələbatının 12 %-ni ödəyəcək”

"Trans-Adriatik Qaz Boru Kəməri (TAP) tikilməzdən əvvəl İtaliya şirkətləri Avropadakı həmkarlarından nisbətən daha yüksək qiymətə enerji alırdılar".

Qarabaginfo.az xəbər verir ki, bunu “Euractiv” nəşrinə müsahibəsində TAP Konsorsiumunun Xarici əlaqələr şöbəsinin müdiri Vüqar Veysəlov bildirib.

Onun sözlərinə görə, Yunanıstan və Bolqarıstanı da təmin edəcək yeni boru kəməri qiymətlərin daha çox çevikliyini təmin edəcək.

V.Veysəlov bildirib ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olaraq, TAP təbii qazı yeni bir mənbədən və yeni bir marşrutla Avropaya gətirəcək: “Bununla da qitənin təhlükəsizliyini və tədarükün şaxələndirilməsini gücləndirəcək. İtaliyaya nəql ediləcək həcmlər illik təqribən 8,5 milyard kubmetr təşkil edəcək ki, bu da qaza olan tələbatın təxminən 12 faizini təşkil edəcək”.

TAP rəsmisi deyir ki, Cənubi Şərqi Avropada, daha az həcmdə TAP-dan nəql edilən təbii qaz Yunanıstan və Bolqarıstanın illik qaz tələbinin 20-30 faizini təmin edəcək: “Hərtərəfli və davamlı olaraq qiymətləndirdiyimiz bazar şərtlərindən asılı olaraq, TAP sistemdəki kiçik dəyişikliklərlə gücünü iki dəfə artıraraq 20 milyard kubmetrə çatdıra bilər”.

Xatırladaq ki, bu günlərdə Yunanıstanın Saloniki şəhərində tikinti işlərinin başlamasından 4 il yarim sonra, 878 kilometrlik qaz nəqliyyat sistemi - TAP Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyadan keçərək kommersiya əməliyyatlarına başlayıb. Peşəkarlardan ibarət çoxmilli sənaye komandası enerji infrastrukturunun bu strateji hissəsini vaxtında və etibarlı şəkildə təhvil vermək üçün çətin şəraitdə səylə və effektiv çalışıb.

TAP Cənub Qaz Dəhlizinin Avropa qolu, Azərbaycandan Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirəcək qovşaq layihəsidir. Kəmər keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir. "Report"



Xəbəri paylaş

382 dəfə oxunub.

Digər xəbərlər