Saytımızı qiymətləndirin


 
 

Dövlət informasiya ehtiyatlarının və elektron xidmətlərin vahid reyestrinin aparılması qaydaları hazırlanacaq
Tarix: 16-07-2024 | Saat: 21:49
Bölmə:Karusel / Multimedia | çapa göndər

Dövlət informasiya ehtiyatlarının və elektron xidmətlərin vahid reyestrinin aparılması qaydaları hazırlanacaq

Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinin aparılması qaydaları hazırlanacaq.

Aarabaginfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanunun tətbiqi barədə Fərmanında əksini tapıb.


Fərmana əsasən, Nazirlər Kabineti beş ay müddətində dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinin aparılması qaydalarını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.



Xəbəri paylaş

379 dəfə oxunub.

Digər xəbərlər