Saytımızı qiymətləndirin


 
 

Qırğızıstan Tacikistanla sərhəddən əlavə hərbçilərini və texnikasını çıxarıb
Tarix: 29-01-2022 | Saat: 13:57
Bölmə:Karusel / Region | çapa göndər

 

Qırğızıstan Tacikistanla sərhəddən əlavə hərbçilərini və texnikasını çıxarıb

Qırğızıstan Tacikistanla sərhədə yerləşdirdiyi əlavə hərbçilərini və texnikasını çıxarıb.

Qarabaginfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Tacikistan Sərhəd Xidmətindən məlumat verilib.

"Qırğızıstan tərəfi artıq sərhəd xəttindən daimi dislokasiya məntəqələrinə əlavə qüvvə və vasitələrin çıxarılmasını başa çatdırıb", - məlumatda bildirilib.

Hazırda dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində vəziyyət sabit olaraq qiymətləndirilir.

Vurğulanıb ki, yanvarın 29-da sərhəddə baş verən insidentlə bağlı iki ölkə nümayəndələrinin növbəti görüşü olub. Tərəflər sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyanın işini bərpa etmək barədə razılığa gəliblər.

Qeyd edək ki, yanvarın 28-də tərəflər arasında atışma olmuşdu. İnsidentə səbəb Qırğızıstanın İsfana və Batken şəhərlərini birləşdirən avtomobil yolunu tacik hərbçilərinin bağlaması olub.(Report)



Xəbəri paylaş

1210 dəfə oxunub.

Digər xəbərlər