Saytımızı qiymətləndirin


 
 

Türkiyə-İran sərhədində 43 km uzunluğunda divar hörüldü
Tarix: 30-08-2021 | Saat: 13:56
Bölmə:Karusel / Siyasət | çapa göndər

Türkiyə-İran sərhədində 43 km uzunluğunda divar hörüldü

 

Türkiyə ilə İran sərhədində modul tipli divar və “ağıllı” qüllələrin inşası davam etdirilir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı “CNN Türk” yayıb. Bildirilir ki, divarın hörülməsinə səbəb qanunsuz sərhəd keçidlərinin qarşısını almaqdır.

Qeyd olunur ki, hazırda Vanın Çaldıran bölgəsinin İranla sərhədində tikintisi başladılan və Ağrı vilayətinin Doğubayazıt ilə Hakkarinin Yüksekova rayonuna qədər uzanan 560 kilometrlik divarın hörülməsi davam edir. 

Həmçinin bildirilir ki, sərhəd pozuntularının qarşısını almaq üçün Yüksekovada İranla sərhəddə 43 kilometr uzunluğunda beton divarın inşası tamamlanıb. 

Bununla yanaşı, bölgədə sərhədin qeyri-qanuni keçilməsinə yol verməmək üçün divarla yanaşı xəndək qazılması ilə bağlı işlər də həyata keçirilib.



Xəbəri paylaş

292 dəfə oxunub.

Digər xəbərlər