Saytımızı qiymətləndirin


 
 

Əfqanıstan prezidenti Əşrəf Qani ölkəni tərk edib
Tarix: 15-08-2021 | Saat: 23:41
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Əfqanıstan prezidenti Əşrəf Qani ölkəni tərk edib - <span class="red_color">YENİLƏNİB-2

İstefa verən Əfqanıstan prezidenti Əşrəf Qani xanımı Rula və iki məsləhətçisi ilə Özbəkistana uçub.

Qarabaginfo.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu "New York Times" qəzeti Doha danışıqlarında iştirak edən əfqanıstanlı nümayəndə heyətinin adının açıqlanmasını istəməyən üzvünə istinadən yazıb.

Qəzet bildirir ki, həmin heyət üzvü prezidentin hərəkətlərinin müzakirə olunduğunu istəmədiyi üçün anonim qalmağa üstünlük verib.

Bundan bir qədər əvvəl "RİA Novosti" mənbəyə istinadən xəbər vermişdi ki, Əfqanıstan prezidenti Əşrəf Qani istefa verməyə razı olub, daha sonra Kabildən Tacikistana uçub və oradan da üçüncü ölkəyə getməyə hazırlaşır. Əfqanıstanda Milli Barışıq üzrə Ali Şuranın rəhbəri Abdulla Abdulla Əşrəf Qaninin prezidentlikdən istefa verdiyini və ölkəni tərk etdiyini təsdiqləyib.

Başqa bir məlumata görə isə Əşrəf Qani Tacikistandan Omana gedib. TASS xəbər agentliyi yazır ki, belə bir məlumat "Kabul News" telekanalının "Twitter" səhifəsində yer alıb.

Telekanalın verdiyi məlumata görə, xanımı Rula Qani və daha iki nəfər prezidentlə birlikdə Kabili tərk ediblər. Ehtimal olunur ki, onlar təyyarə ilə əvvəlcə Tacikistana, oradan isə Omana uçublar.(Apa)

 



Xəbəri paylaş

1281 dəfə oxunub.

Digər xəbərlər