Saytımızı qiymətləndirin


 
 

Sabah Bakıda geniş dezinfeksiya işləri aparılacaq
Tarix: 13-08-2021 | Saat: 11:01
Bölmə:Karusel / Sosial | çapa göndər

Bakıda küçələr dezinfeksiya edilir: İnsanlara ora getmək qadağandır

Son günlərdə ölkədə koronavirus pandemiyasına yoluxanların sayında kəskin artım müşahidə edildiyindən vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədi ilə paytaxt Bakı şəhərində kompleks tədbirlər həyata keçirilir.

BŞİH-nin Mətbuat Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, icra hakimiyyəti tərəfindən ümumşəhər dezinfeksiya həftəsi elan edilib və bu tədbirlər çərçivəsində sabah, avqust ayının 14-ü səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən elan edilmiş ümumşəhər dezinfeksiya həftəsi çərçivəsində şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.



Xəbəri paylaş

1261 dəfə oxunub.

Digər xəbərlər