Saytımızı qiymətləndirin


 
 

Ali Məhkəmə ilə Əlcəzair Ali Məhkəməsi arasında Memorandum imzalanıb - Foto
Tarix: 30-04-2024 | Saat: 10:18
Bölmə:Karusel / Siyasət | çapa göndər

ali-mehkeme-ile-elcezair-ali-mehkemesi-arasinda-memorandum-imzalanib

Aprelin 27-28-i Azərbaycan Ali Məhkəməsi və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Əlcəzair Xalq Demokratik Respublikasında səfərdə olub.

Qarabaginfo.az xəbər verir ki, İnam Kərimov Əlcəzair Ali Məhkəməsinin yaradılmasının 60 illiyi münasibətilə müxtəlif ölkələrin Ali Məhkəmələrinin sədrlərinin və rəsmi nümayəndələrinin qatıldığı beynəlxalq konfransda iştirak edib.

Tədbirdə çıxış edən İ.Kərimov ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan islahatlar və ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində, xüsusilə məhkəmələrin rəqəmsallaşması sahəsində görülmüş işlər barəsində ətraflı məlumat verib. Bildirilib ki, digər sahələrdə olduğu kimi, məhkəmə sahəsində də rəqəmsallaşma dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Səfərin ikinci günü İnam Kərimovla Əlcəzair Ali Məhkəməsinin sədri Tahar Mamouni arasında ikitərəfli görüş keçirilib.

Səfər çərçivəsində ədalət mühakiməsinin inkişafı, iki dost dövlətin məhkəmə orqanları arasında əməkdaşlığın genişləndirilməsi və əlaqələrin dərinləşdirilməsi məqsədilə Azərbaycan Ali Məhkəməsi və Əlcəzair Ali Məhkəməsi arasında Anlaşma Memorandumu imzalanıb.

Görüşlərdə Azərbaycanın Əlcəzairdəki fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev də iştirak edib.



 



Xəbəri paylaş

161 dəfə oxunub.

Digər xəbərlər