Saytımızı qiymətləndirin


 
 

Qərbdən Kiyevə zənglər - Zalujnının yazısından sonra...
Tarix: 11-12-2023 | Saat: 12:25
Bölmə:Karusel / Siyasət | çapa göndər

Qərbdən Kiyevə zənglər - Zalujnının yazısından sonra...

 

Ukrayna Silahlı Qüvvələrinin ali baş komandanı Valeri Zalujnının cəbhə xəttindəki vəziyyəti çıxılmaz vəziyyət kimi qiymətləndirdiyi məqalənin dərcindən sonra bəzi Qərb liderləri Kiyevə zəng vurublar.

 

Qarabaginfo.az xəbər verir ki, bunu "Financial Times" yazıb.

 

 Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Qərb müttəfiqləri Rusiya ilə danışıqların indi Ukrayna üçün prioritet olub-olmadığını aydınlaşdırmaq istəyiblər. 

Noyabrın əvvəlində Valeri Zalujnı Britaniyanın "The Economist" nəşri üçün yazdığı məqalədə yazmışdı ki, Rusiya ilə hərbi münaqişə "dalana dirənib" və hər iki tərəfdən cəbhədə irəliləyişlər gözləməyin mənası yoxdur. O, həmçinin Ukraynanın illərlə davam etdirə və tükəndirə biləcək “mövqe müharibəsi”nə keçmə riski barədə xəbərdarlıq edib.

 

Ukrayna prezidenti Volodimir Zelenski Valeri Zalujnının məqaləsini şərh edərkən bildirib ki, o, Rusiya ilə hərbi münaqişə zamanı yaranmış vəziyyəti çıxılmaz vəziyyət hesab etmir. Dövlət başçısının sözlərinə görə, F-16 qırıcıları Ukrayna ordusunda "işə başlayanda" cəbhədəki mövcud vəziyyətdən çıxmaq mümkün olacaq.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.



Xəbəri paylaş

150 dəfə oxunub.

Digər xəbərlər