Saytımızı qiymətləndirin


 
 

Bakının bu küçə və prospektlərində sıxlıq var - Siyahı
Tarix: 11-08-2021 | Saat: 10:03
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Bakının bu küçə və prospektlərində sıxlıq var

 

Bakının bir sıra küçə və prospektlərində sıxlıq müşahidə edilir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Hazırda sıxlıq olan ərazilərin siyahısını belədir:

Bakı – Sumqayıt şosesi – (Xırdalan dairəsi istiqamətindən başlayaraq, “Avtovağzal” metrostansiyasının yaxınlığına qədər, 20 Yanvar dairəsi adlanan istiqamətdə) sıxlıqdır.

Ziya Bünyadov prospekti – əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq, Daxili İşlər Nazirliyinin Hospitalın qarşısına qədər olan hissə, 20 Yanvar dairəsi istiqaməti üzrə nisbətən sıxlıq müşahidə olunur. Səbəbi isə yol-nəqliyyat vasitələrinin çoxluğudur.

Binəqədi şosesi – (əsasən, Biləcəri - Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində sıxlıq müşahidə olunmaqdadır. Sıxlıq başlayan hissədə heç bir küçə kəsişməsi yoxdur).

Tbilisi prospekti - əsas yol - (20 Yanvar dairəsindən başlayaraq, əsasən, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər, şəhər istiqamətində) sıxlıqdır.

Heydər Əliyev prospekti – əsas yol - (Koroğlu metro stansiyasını keçdikdən sonra, Bağırov körpüsü istiqaməti, eyni zamanda şəhər mərkəzi istiqamətində) sıxlıq müşahidə olunur.



Xəbəri paylaş

263 dəfə oxunub.

Digər xəbərlər