Saytımızı qiymətləndirin


 
 

Deputat parlamentdə leysan yağışın Şəkiyə vurduğu ziyandan DANIŞDI
Tarix: 08-06-2021 | Saat: 13:24
Bölmə:Karusel / Gündəm | çapa göndər

Milli Məclisin deputatı Vüqar İskəndərov parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında çıxış edib.

 

Qarabaginfo.az xəbər verir ki, deputat hökumətin 2020-ci il dövət büdcəsinin icrası haqqında sənədini mükəmməl sənəd saydığını deyib:

 

"Bütün dünya üçün o cümlədən ölkəmiz üçün çətin keçən bu ildə hökümətimiz bu imtahandan maksimum uğurla çıxdı. Hökümət üzvlərinin iclasımızda iştirak etməsindən istifadə edərək Şəki şəhərində həlli vacib olan bir məsələni nəzərinizə çatdırmaq istəyirəm. 2020-ci ilin iyul ayında güclü külək və leysan yağışların yağması nəticəsində şəhərin mərkəzi hissəsi ilə axan Qurcana və Dəyirmanarxı çaylarının 2 km uzunluğunda istinad divarları uçmuşdur. Baş verən bu hadisədən sonra orada mövcud olan 217 nəfər sakinin yaşadığı və birinci mərtəbəsində 2 uşaq bağçasının yerləşdiyi çoxmənzilli yaşayış binalarının bünövrələrinin altına su sızıb. Bina və ərazidəki obyektlərə sel düşməsi təhlükəsi yaranmışdır. Dəfələrlə şəhər icra hakimiyyəti müvafiq nazirlik və komitələrə müraciət etmişdir. Artıq problemə görə şəhərin mərkəzi hissəsi olan 20 yanvar küçəsi bir müddət bağlı qalmışdır. Bu da Şəkiyə gələn qonaqlar və yerli sakinlər üçün təhlükə mənbəyinə çevrilmişdir. 

 

Bilirsiniz ki, Şəki qədim tarixi və turistik şəhərdir. Şəhərin tarixi hissəsi Yunesko-nun qeyri maddi irs siyahısına daxildir. Onu da qeyd edim ki, şəhərin bu siyahıya daxil edilməsi cənab prezidentimiz İlham Əliyev və birinci vitse prezidentimiz Mehriban xanım Əliyevanın böyük səyi və zəhməti hesabına olmuşdur. Hamıya məlumdur ki, YUNESKO-nun monitorinq qrupları mütəmadi olaraq üzv olan şəhərlərə gəlirlər və görülən işlərlə tanış olurlar. Həmin təhlükə yaranan ərazi şəhərin mərkəzi hissəsi olmaqla yanaşı, həm də tarixi hissəni birləşdirir. Dağılmış istinad divarları təhlükə ilə yanaşı həm də həmin ərazinin görkəminə ciddi xələl gətirir. Müvafiq təşkilatlardan bu məsələlərin tezliklə həll edilməsinə yardımçı olmalarını xahiş edirəm. 

 

Diqqətiniz üçün minnətdaram"
(Modern.az)



Xəbəri paylaş

1284 dəfə oxunub.

Digər xəbərlər