Tarix: 12-02-2018 | Saat: 11:05
Bölmə:Karusel / Dünya | çapa göndər
Amerikanın NASA aerokosmik agentliyi Xəzər dənizində "süd qasırğası" adlanan anomal prosesin görüntüsünü dərc edib.
"Qarabaginfo" “Report.az”a sitinadən xəbər verir ki, yanvarın 9-da "Terra" kosmik aparatından MODIS spektroradiometri ilə çəkilən foto agentliyin "Instagram" səhifəsində paylaşılıb.
Məlumatda bildirilir ki, külək dənizin səthində suyu qarışdırır və suyun dibindəki çöküntüləri yuxarı qaldırır. Nəticədə dənizin bir hissəsində süd rəngli çalar əmələ gəlir. Təbii proses Türkmənistan sahillərində qeydə alınıb. Şəkilin aşağısında İranın bir hissəsi də görünür.
Alimlər bu hadisənin balıqçılığa mənfi təsir göstərə biləcəyi ilə əlaqədar araşdırma aparmaq niyyətindədirlər.
NASA qeyd edir ki, peyk məlumatı Xəzərin uzun müddətli monitorinqi üçün əsasdır.
Bildirilir ki, göl Qazaxıstandan İrana qədər 600 dəniz mili (1000 km) məsafədə uzanır. Həmin ərazidə böyük dəyişikliklər müşahidə olunur. Peyklər göl boyunca suda bulanlıqlığın səviyyəsini ölçür, həmçinin dənizin duzluluğu, temperaturu, su səviyyələri və neft kirliliyi ilə bağlı məlumatlar toplayır.
Digər xəbərlər