Saytımızı qiymətləndirin


 
 

Ermənistanla Azərbaycan arasındakı danışıqlar Muradova tapşırılıb - KİV
Tarix: 19-05-2021 | Saat: 10:41
Bölmə:Karusel / Gündəm | çapa göndər

title

Sərhəddə yaşanan problemlərdən sonra başlayan Sünik (Zəngəzur - red.) və Geğarkunik bölgələri istiqamətində danışıqlar bu gün də davam edəcək.

Qarabaginfo.az Qazet.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın yerli “Joğovurd” qəzeti yazıb.

Məlumata görə, danışıqlar Rusiya sülhməramlı qüvvələrinin komandiri Rüstəm Muradovun rəhbərliyi altında aparılır. Bundan sonra general Muradova Rusiya tərəfində vasitəçi kimi təmsil etmək tapşırığı verilib.

Xatırladaq ki, Sünik vilayətinin keçmiş başçısı, “Dirçələn Ermənistan” Partiyasının lideri Vaqe Akobyan Qaragöllə bağlı danışıqların nəticəsi haqda erməni mediasına açıqlamasında deyib.

Onun sözlərinə görə, danışıqların nəticəsində Qaragölə bitişik ərazidə bərabər qüvvələrin qalması barədə razılıq əldə edilib.

“Azərbaycanlıların dörd mövqeyi, Ermənistan tərəfinin də dörd mövqeyi olacaq.

Yeri gəlmişkən, bu gün mövcud olan yaxşı və ya pis hər şey və bu razılaşma Rüstəm Muradovun səyləri ilə əldə edildi.

Belə çıxır ki, onlar (Azərbaycan Ordusu – red.) nəinki buradan çıxmadılar, əksinə, onlarda artıq postlar və əsgərlər də olacaq!”

Partiya rəhbəri bu razılaşmanı Ermənistan tarixi üçün “növbəti və biabırçı razılaşma” adlandırıb.

Qeyd edək ki, razılaşma ilə bağlı rəsmi açıqlama yoxdur.



Xəbəri paylaş

1317 dəfə oxunub.

Digər xəbərlər
26-06-2024, 18:30 Mirzoyan Estoniyaya gedir