Tarix: 16-05-2021 | Saat: 15:14
Bölmə:Karusel / Gündəm | çapa göndər
Erməni millətçilərini və radikalları özündə birləşdirən "Daşnaksütyun" partiyası dünyanın müxtəlif yerlərində Azərbaycana qarşı təxribatlar törətməyə hazırlaşır.
Qarabaginfo.az Qazet.az-a istinadən xəbər verir ki, "Daşnaksütyun"un Ermənistan bürosunun bu gün yaydığı bəyanatda ölkəmizə qarşı təxribatçı çağırışlar yer alıb.
Dünyada terrorçu təşkilat kimi ad çıxarmış “Daşnaksütyun”un çağırışında bütün resursların təxribatlar törətmək üçün cəlb olunduğu vurğulanıb.
"Daşnaksütyun" olaraq dünyanın müxtəlif ölkələrində bütün imkanlarımızı Azərbaycana təzyiq göstərmək üçün səfərbər etməyə başlayırıq. Eyni zamanda, vətəndaşların təhlükəsizliyini öz təşəbbüsümüzlə, təşkilatlanmaqla müdafiə etməyə hazırlaşırıq", - deyə sözügedən bəyanatda bildirilib.
Qeyd edək ki, sosial şəbəkələrdə ermənilər bunu 90-cı illərin əvvəllərində "Daşnaksütyun"un güc yolu ilə siyasi proseslərə müdaxilə etməsi ilə müqayisə edirlər. Yeni çağırışları terror təhdidləri kimi qiymətləndirənlər də var.
Digər xəbərlər