Saytımızı qiymətləndirin


 
 

ABB-də 14,5 il ərzində kreditlərin verilməsi və qaytarılması ilə bağlı nöqsanlar aşkarlanıb
Tarix: 26-01-2018 | Saat: 17:21
Bölmə:Karusel / Sosial | çapa göndər

 

  • abb de 14 5 il erzinde kreditlerin verilmesi ve qaytarilmasi ile bagli noqsanlar askarlanib

2017-ci ildə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti "Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən 2001-ci ilin yanvar ayından 2015-ci ilin may ayına kimi olan dövrdə hüquqi və fiziki şəxslərə kreditlərin verilməsi, istifadəsi və qaytarılması zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı nəzarət tədbiri aparıb.

 

"Qarabaginfo" "Apa-Economics"ə istinadən xəbər verir ki, bu, Maliyyə Nazirliuinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2017-ci ildə aparılan maliyyə nəzarəti tədbirlərinin nəticələri haqqında məlumatda öz əksini tapıb.

 

"2017-ci ildə Maliyyə nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən "Azərbaycan Beynəlxalq Bank” ASC-nin vəzifəli şəxsləri tərəfindən külli miqdarda pul vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı istintaqı aparılan cinayət işi ilə əlaqədar " Azərbaycan Beynəlxalq Bankı" ASC təfindən 2001-ci ilin yanvar ayından 2015-ci ilin may ayına kimi olan dövrdə hüquqi və fiziki şəxslərə kreditlərin verilməsi, istifadəsi və qaytarılması zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı aparılan nəzarət tədbirləri yekunlaşdırılıb", - deyə məlumatda vurğulanıb.

 

Məlumatda bildirilib ki, aşkar edilən nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları aidiyyəti üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilib.



Xəbəri paylaş

650 dəfə oxunub.

Digər xəbərlər