Saytımızı qiymətləndirin


 
 

Nizami Səfərov: “Ermənilərin Azərbaycan ərazisindən çıxardığı mədəni sərvətlər qaytarılmalıdır”
Tarix: 29-03-2021 | Saat: 12:04
Bölmə:Karusel / Siyasət | çapa göndər

Nizami Səfərov: "Ölkənin məhkəmə-hüquq sistemində aparılan islahatlar daha da dərinləşdirilir - en son xeberler 2021, xeberler bu gun 2021

“Həm Azərbaycan, həm Ermənistan müharibə zamanı mənəvi sərvətlərin qorunması haqqında konvensiyanın iştirakçısıdır”.

Qarabaginfo.az-ın məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov deyib.

Deputat bildirib ki, Ermənistan 30 il müddətində beynəlxalq konvensiyaların tələblərini pozub: “Bu, Ermənistan tərəfindən beynəlxalq hüquqa sərgilənən məsuliyyətsiz davranışdır. Ermənistan iştirakçısı olduğu konvensiyaların şərtlərini, tələblərinin total şəkildə pozur. Bizim mədəni sərvətlərimizə vurulmuş ziyan, ümumiyyətlə, dəymiş ziyanın qiymətləndirilməsi kontekstində qiymətləndirilməlidir. Ermənilər tərəfindən Azərbaycan ərazisindən çıxarılan mədəni sərvətlər də özümüzə qaytarılmalıdır. Bu işdə UNESCO, BMT, istərsə də ayrı-ayrı qərb ölkələri iştirak etməlidir. Mədəni irsə vurulan ziyan ödənilməlidir. Belə cinayətlər törədən şəxslər ədalət mühakiməsi qarşısında cavab verməlidir. Təəssüf ki, bu sahədə də biz ikili standartların şahidiyik”.



Xəbəri paylaş

1320 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70