Saytımızı qiymətləndirin


 
 

BNA könüllüləri dayanacaqlarda xanımlara gül təqdim edib -
Tarix: 08-03-2021 | Saat: 14:09
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

BNA könüllüləri dayanacaqlarda xanımlara gül təqdim edib - FOTO

Bakı Nəqliyyat Agentiliyinin (BNA) “Nəqliyyat Könüllüləri” proqramının və Azərbaycan Könüllü Təşkilatları İttifaqınının birgə təşkilatçılığı ilə Respublikada fəaliyyət göstərən Azərbaycan könüllüləri “8 mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə təbrik aksiyası keçiriblər.

Bu barədə Qarabaginfo.az BNA-dan məlumat verilib.

Bu barədə Avtosfer.az-a BNA-dan məlumat verilib.

Martın 5-də keçirilən aksiya çərçivəsində,“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində, avtobuslarda və dayancaqlarda könüllülər xanımlara gül təqdim edib, həmçinin "Nizami ili" münasibətilə hazırlanan Nizami Gəncəvinin müdrik kəlamları yazılmış açıqcalar ilə xanımları təbrik edib, onlara qarşıdan gələn xüsusi gün münasibətilə xoş arzularını çatdırıblar.

Könüllülərin bu sosial təşəbbüsü xanımlar tərəfindən olduqca böyük maraq və rəğbətlə qarşılanıb. Onlar könüllülərə göstərdikləri diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

 



Xəbəri paylaş

1339 dəfə oxunub.

Digər xəbərlər