Saytımızı qiymətləndirin


 
 

FHN-dən azad edilmiş ərazilərlə bağlı vətəndaşlara çağırış  - Video
Tarix: 11-02-2021 | Saat: 12:27
Bölmə:Karusel / Gündəm | çapa göndər

FHN-dən azad edilmiş ərazilərlə bağlı vətəndaşlara çağırış

 

Fövqəladə Hallar Nazirliyi vətəndaşları xüsusi icazə olmadan işğaldan azad edilmiş ərazilərə səfər etməməyə çağırıb.

Qarabaginfo.az-ın məlumatına görə, nazirliyin yaydığı çağırışda qeyd edilir ki, düşmənin törətdiyi əməllərin fəsadları qalmaqla yanaşı, işğaldan azad edilmiş torpaqlara xüsusi icazə olmadan gedən mülki vətəndaşlar arasında minaya düşərək həlak olan və ya yaralananlara rast gəlinir: 

“Mülki əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirən Fövqəladə Hallar Nazirliyi bu təhlükənin mövcudluğunu nəzərə alaraq, bir daha əhalini müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə, həmin ərazilərə mina və digər partlayıcı maddələrdən təmizlənilməsi əməliyyatları bitənədək icazəsiz səfər etməməyə çağırır və bunun həm də hüquqi məsuliyyət yaratdığını xatırladır”.



Xəbəri paylaş

1376 dəfə oxunub.

Digər xəbərlər