Saytımızı qiymətləndirin


 
 

Paşinyanın partiyasından olan deputatı Rusiyaya buraxmayıblar
Tarix: 14-10-2026 | Saat: 20:23
Bölmə:Karusel / Region | çapa göndər

Deputatı Lusine Badalyan

 

Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputatı Lusine Badalyanın Rusiyaya girişinə qadağa qoyulub.

“News-Armenia” xəbər verir ki, deputat MDB Parlamentlərarası Assambleyasının sosial siyasət və insan hüquqları üzrə daimi komissiyasının Sankt-Peterburqda keçirilən iclasında iştirak etmək üçün Rusiyaya getməyi planlaşdırdırıb.

Məlumata görə, ona Rusiya ərazisinə giriş qadağasının qüvvədə olduğu bildirilib, qadağanın səbəbi açıqlanmayıb.

Badalyan baş verənləri qəribə və narahatedici adlandıraraq, bunun beynəlxalq təşkilatın mənzil-qərargahında rəsmi vəzifələrini yerinə yetirməsinə mane olduğunu bildirib.

“Rusiya Federasiyasına daxil olmağıma icazə vermədilər. Səbəb kimi ölkəyə girişimin qadağan edildiyini göstərdilər. Bunun konkret səbəbi məlum deyil”, – deputat yazıb.



Xəbəri paylaş

53 dəfə oxunub.

Digər xəbərlər