Saytımızı qiymətləndirin


 
 

UKMTO: Hörmüz boğazında iki ticarət gəmisi vurulub
Tarix: 14-10-2026 | Saat: 15:27
Bölmə:Karusel / Dünya | çapa göndər

UKMTO: Hörmüz boğazında iki ticarət gəmisi vurulub

Hörmüz boğazında iki ticarət gəmisi ayrı-ayrı insidentlər zamanı “naməlum mərmilərlə” vurulub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) məlumat yayıb.

Məlumata görə, ilk insident boğaza daxil olan 50 min tonluq konteyner gəmisində qeydə alınıb. Gəmi cüzi zərər görüb, xəsarət alan olmayıb və hərəkətini təhlükəsiz şəkildə davam etdirib.

İkinci insident isə su yolundan çıxan 19 min tonluq konteyner gəmisinə naməlum mərminin dəyməsi nəticəsində baş verib. Bu gəmi də cüzi zərər görüb, ekipaj üzvləri arasında xəsarət alan olmayıb və gəmi səfərini davam etdirib.



Xəbəri paylaş

6 dəfə oxunub.

Digər xəbərlər
22-03-2022, 12:23 Sabah qar yağacaq