Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Ordusunda NATO-nun qiymətləndirmə təlimi keçirilir
Tarix: 14-10-2026 | Saat: 14:55
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycan Ordusunda NATO-nun qiymətləndirmə təlimi keçirilir

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramına bəyan edilmiş Azərbaycan Ordusunun sülhməramlı tabor və Hərbi Polis bölüyünün 1-ci səviyyəli özünüqiymətləndirmə təliminin ilkin mərhələsi uğurla başa çatıb.

Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, təlimdə bölmələrin silahlanmasında olan texnika, təchizat, avadanlıqlara baxış keçirilib, NATO standartları və tələblərinə uyarlılıq səviyyəsi yoxlanılıb.
Qeyd edək ki, qiymətləndirmə NATO-nun Quru Qoşunları Komandanlığının iştirakı ilə Alyansın müxtəlif qərargahlarının və tərəfdaş ölkələrin ƏİK üzrə qiymətləndiriciləri tərəfindən həyata keçirilir.

 



Xəbəri paylaş

4 dəfə oxunub.

Digər xəbərlər