Saytımızı qiymətləndirin


 
 

Xarkov vilayətində 5 Ukrayna hərbçisi güllələnib
Tarix: 14-10-2026 | Saat: 13:27
Bölmə:Karusel / Dünya | çapa göndər

Xarkov yenidən atəşə tutuldu - Ölənlər var | Modern.az

Ukraynanın Xarkov vilayətində naməlum şəxs avtomat silahdan atəş açaraq 5 hərbçini öldürüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Glavkom” hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Xarkov yaxınlığındakı yaşayış məntəqəsində baş verib. Mülki geyimli silahlı şəxs Ukrayna ordusunun 72-ci briqadasının hərbçilərinin olduğu evə yaxınlaşaraq atəş açıb, nəticədə beş hərbçi ölüb.

Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırır, şübhəlinin şəxsiyyəti və olduğu yer müəyyənləşdirilir.



Xəbəri paylaş

32 dəfə oxunub.

Digər xəbərlər