Tarix: 14-10-2026 | Saat: 17:40
Bölmə:Karusel / Dünya | çapa göndər
NATO Rusiyanın nüvə silahı daşıyan sualtı qayıqlarının ABŞ sahillərinə gəlməsinin qarşısını alır.
Qarabaginfo.az xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte deyib.
“Unutmaq olmaz ki, ABŞ-ın təhlükəsizliyi üçün NATO kritik əhəmiyyət daşıyır. Biz Transatlantik bölgənin təhlükəsiz qalmasını təmin edirik. Avro-Atlantik zona təhlükəsizdir, Şimal Dənizi təhlükəsizdir, Avropa təhlükəsizdir-bütün bunlar ABŞ-ın marağındadır”, - Mark Rutte vurğulayıb.
NATO Baş katibi vahid Avropa ordusunun yaradılması fikrinə də münasibət bildirib.
“Bəziləri elə düşünür ki, mən bu ideyaya qarşıyam. Mən buna qarşı deyiləm. Amma bu ideya çox mürəkkəb məsələdir. Düşünürəm ki, suverenlik məsələlərinə görə bu baş verməyəcək. NATO-da sahib olduğumuz komanda-kontrol strukturu nəzərə alınsa, Avropa ordusu ideyasına ehtiyac yoxdur”, - Rutte bildirib.
Digər xəbərlər



















