Saytımızı qiymətləndirin


 
 

Ukrayna Rusiyanın hərbi-logistika və yanacaq infrastrukturuna zərbə endirib
Tarix: 06-07-2026 | Saat: 14:52
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukrayna Rusiyanın hərbi-logistika və yanacaq infrastrukturuna zərbə endirib

Ukrayna Müdafiə Qüvvələri iyulun 6-na keçən gecə Rusiyada iki neft emalı zavoduna, raket briqadasının dislokasiya məntəqəsinə və Krımdakı yanacaq terminalına zərbə endirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Yaroslavl vilayətində yerləşən "Slavneft-YANOS" neft emalı zavodu vurulub. Hədəf ərazisində partlayışlar və zavodun üzərində tüstü müşahidə olunur.

Qeyd olunub ki, "Slavneft-YANOS" Rusiyanın ən iri neft emalı müəssisələrindən biridir. İllik emal gücü 15 milyon ton olan zavod avtomobil benzini, dizel və aviasiya yanacağı, sürtkü yağları və Rusiya ordusunun hərbi logistikasında istifadə olunan digər məhsullar istehsal edir.

Bundan başqa, Leninqrad vilayətinin Slobodka yaşayış məntəqəsində yerləşən "NOVATEK-Ust-Luqa" neft emalı zavodu, eləcə də Luqa şəhəri yaxınlığında yerləşən Rusiyanın 26-cı raket briqadasının daimi dislokasiya məntəqəsi vurulub.

Həmçinin Kerç şəhərində yerləşən "TES-Terminal-1" yüngül neft məhsullarının yüklənməsi terminalına zərbə endirilib.

Məlumata görə, "TES-Terminal-1" Krımın ən iri yanacaq saxlama və yükləmə komplekslərindən biridir və cənub istiqamətində yerləşən Rusiya işğalçı qüvvələrinin yanacaq təminatında mühüm rol oynayır.

Bundan əlavə, Luqansk vilayətinin Dovjansk rayonu yaxınlığında yerləşən və Rusiya ordusunun canlı qüvvə, silah-sursat və hərbi texnika daşınmasında istifadə etdiyi dəmir yolu estakadası vurulub.

Baş Qərargahın məlumatına əsasən, Çervonopopovka yaxınlığında Rusiyanın pilotsuz uçuş aparatları anbarı, Pisarivka ətrafında isə hərbi texnikanın cəmləşdiyi ərazi də zərbəyə məruz qalıb.

Bildirilib ki, vurulan hədəflərə dəyən ziyanın həcmi dəqiqləşdirilir.

 

 



Xəbəri paylaş

43 dəfə oxunub.

Digər xəbərlər