Saytımızı qiymətləndirin


 
 

Conson gələcəkdə Britaniyanın baş naziri postuna geri dönəcəyini gözləyir
Tarix: 24-07-2022 | Saat: 18:44
Bölmə:Karusel / Gündəm | çapa göndər

Boris Conson

Britaniya hökumətinin səlahiyyətlərini başa vuran rəhbəri Boris Conson gələcəkdə yenidən baş nazir postunu tutacağını gözləyir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə bu gün “The Sunday Times” qəzeti baş nazirin ofisindəki mənbələrə istinadən məlumat yayıb.

 

“O hesab edir ki, hakimiyyətə hər hansı bir yenisinin gəlişi fəlakətli ola bilər. Və ümumi seçkilərdə mühafizəkarların məğlubiyyətindən bir neçə il sonra biz bura - Dauninq-stritə qayıda biləcəyik”, - mənbə bildirib.

“The Sunday Times” yazır ki, Conson istefasına səbəb olan bir sıra qalmaqallara baxmayaraq, sadiq tərəfdarları olaraq qalır. Qəzet vurğulayır ki, baş nazirə qarşı çıxan bəzi deputatlar yaşadıqları rayon sakinlərindən qəzəbli məktublar alırlar.

Qeyd edək ki, iyulun 20-də parlamentdə sonuncu dəfə çıxış edən Consonun özü Britaniya siyasətində aparıcı rollara mümkün qayıdışa işarə edib. O, missiyasının “indiyə qədər əsasən yerinə yetirildiyini” deyib və həmkarları ilə "Terminator 2" filmindəki ifadə ilə “Sonra görüşənədək, balam!” sözləri ilə vidalaşıb (Hasta la vista, baby!).



Xəbəri paylaş

1189 dəfə oxunub.

Digər xəbərlər
7-01-2019, 10:50 Neft bahalaşdı